Azərbaycan AVRONEST-in iclasından imtina edir

Azərbaycan AVRONEST-in iclasından imtina edir
  20 Sentyabr 2014    Oxunub:2040
Bu ilin oktyabrın 16-da Brüsseldə AvroNest PA-nın Büro iclası keçiriləcək. İclasda digər məsələlərlə yanaşı qurumun növbəti sessiyasının Ermənistanda keçirilməsi ilə bağlı məsələ müzakirə ediləcək.

Bu barədə AzVision.az-a Azərbaycanın AvroNest PA-dakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov məlumat verilib.

E.Süleymanov vildirib ki, qurumun sessiyasının Ermənistanda keçirilməsi ilə bağlı Avronest PA-nın həmsədrləri və Avronest PA-nın Büro üzvlərinə etiraz məktubu ünvanlanıb.

Həmin məktubu olduğu kimi diqqətə təqdim ediirk:

AVRONEST PA həmsədrlərinə,
AVRONEST PA Büro üzvlərinə,

Hörmətli həmsədrlər, Hörmətli həmkarlar,

Azərbaycan nümayəndə heyəti 2011, 2012 və 2013-cü illərdə davamlı şəkildə Büro iclaslarında AVRONEST PA-da Ermənistanın həmsədrliyinə və AVRONEST PA-nın növbəti sessiyalarının Ermənistanda keçirilməsinə öz qəti etirazını bildirmişdir. Azərbaycan nümayəndə heyəti bir daha Azərbaycanın Dağlıq Qarabağ və ətraf 7 rayonunun əraziləri işğaldan azad edilməyənədək, Sərsəng su anbarının 22 ildən artıq işğal altında qalması nəticəsində Azərbaycanın 400 min əhalisi olan cəbhəyanı rayonları üçün törətdiyi təhlükələr tam aradan qaldırılmayanadək, Naxçıvanın blokadasına son qoyulmayanadək AVRONEST PA-nın sessiyalarının, Büro və komitə iclaslarının Ermənistanda keçirilməsinə qəti etiraz edir, həmin sessiyaların və iclasların işində iştirakdan imtina edəcəyini bildirir`.

Anar Kəlbiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti