Azərbaycan dollardan imtina edə bilərmi?

Azərbaycan dollardan imtina edə bilərmi?
  10 Dekabr 2016    Oxunub:5919
Sizcə, dünya 8 tirlyon dollarlıq ehtiyatın “ölməsinə” hazırdırmı?
İqtisadçı Vüqar Bayramov Azərbaycanda dolların istifadədən çıxarıla biləcəyi ilə haqda fikirlərə münasibət bildirib.

AzVision.az-ın məlumatına görə, ekspert birmənalı şəkildə qeyd edib ki, ölkəmizdə dollardan istifadənin qadağan edilməsi mexanimzi yoxdur.

“Narahat olmayın. Dollar olmasa, idxal da olmayacaq və ölkəyə məhsul gəlməyəcək. Heç bir ölkədə dollarsız stabil iqtisadiyyat yoxdur. Bəzi bankların dollar alışını dayandırması “qara bazar”la bağlı aparılan yoxlamalarla əlaqəli idi. Bankların əksəriyyəti yenidən dollar alışını davam etdirirlər. Qeyd edim ki, “qara bazar”la bağlı açıqlamalarımızdan sonra son 2 gündə bu istiqamətdə xeyili rəsmi araşdırmalar aparılıb. Banklardakı son kadr dəyişikliklərinin də məhz araşdırmalar ilə bağlı olduğu güman edilir. Mən “qara bazar”ın ləğvinin və dolların banklarda satılmasının tərəfdarıyam. Aydındır ki, əgər bank dollar satmayacaqsa heç bir halda “qara bazar” ləğv edilə bilməyəcək. Buna görə də, bütün sivil ölkələrdə olduğu kimi, dollar “qara bazar”da, metrostansiyaların yanında və ya qaranlıq otaqlarda deyil, banklarda satılmalıdır. Belə görsənir ki, hökumət banklarda dollar satışını bərpa etməyə çalışır. Təbii ki, bunun nə zaman və necə reallaşacağını indidən söyləmək çətindir”.

Vüqar Bayramov bildirib ki, Türkiyənin region ölkələrinin xarici ticarət əməliyyatlarını milli valyutada aparması ilə bağlı təklifi də orta və uzun müddətli dövr üçün aktual olmayacaq.

“Belə sövdələşmələr ümumiyyətlə Azərbaycanın iqtisadi maraqlarına uyğun deyil. Azərbaycan ixracı atırmaqla ölkəyə dönərli valyutanın daxil olmasında maraqlı ölkədir. Bütövlükdə isə, əmin olun ki, dollar ölməyəcək. Dünyanın 12 tirlyon dollarlıq ekvivalentidən olan ehtiyatlarının 8 tirlyona yaxını ABŞ dolları ilə saxlanılır. Sizcə, dünya 8 tirlyon dollarlıq ehtiyatın “ölməsinə” hazırdırmı?”.

AzVision.az



Teqlər:  





Xəbər lenti