Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təlimlər keçirəcək

Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təlimlər keçirəcək
  25 May 2016    Oxunub:2245
Gürcüstan, Azərbaycan və Türkiyə gələn ilin yayında hərbi təlim keçirməyi planlaşdırır.
AzVision.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, bunu Gürcüstan Silahlı Qüvvələrinin baş qərargah rəisi Vaxtanq Kapanadze deyib.

Təlimlərin Gürcüstan ərazisində keçiriləcəyini bildirən Kapanadze tarixlə bağlı dəyişikliklərin ola biləcəyini istisna etməyib: “Təlimlər genişmiqyaslı olacaq. Ən əsası bu təlimlərdə terrorçuluğa qarşı mübarizə və təhlükəsizlik məsələləri yer alacaq”.

Qeyd edək ki, birgə təlimlərin keçirilməsi ilə bağlı razılaşma bu yaxınlarda sözügedən ölkələrin müdafiə nazirlərinin Qəbələ görüşündə əldə olunub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti