Azay Quliyev şikayətləri dinlədi

Azay Quliyev şikayətləri dinlədi
  24 Oktyabr 2014    Oxunub:1359
Bu gün Milli Məclisin deputatı Azay Quliyev Şirvan şəhərində seçiciləri ilə növbəti görüşünü keçirib.
Millət vəkili gənclərin sayca üstünlük təşkil etdiyi görüşdə iştirak edən Şirvan sakinlərinin müraciət və şikayətlərinə baxıb, onların üzləşdikləri problemlərin həlli istiqamətində müvafiq qərarlar qəbul edib.

Görüşdə A.Quliyev Şirvanda həyata keçiriləcək layihələrin daha çox gəncləri əhatə etməsi istiqamətində irəli sürülən təklif və təşəbbüslərin araşdırılacağını və onların reallaşması üçün müvafiq addımlar atacağını bildirib.

Görüşün sonunda millət vəkili gənclərin suallarını cavablandırıb, Şirvanda keçirilən fərdi inkişaf, karyera quruculuğu ilə bağlı təlimlərdə fərqlənən gənclərə sertifikatlar təqdim edib.

Daha sonra A.Quliyev Şirvan şəhər Sahib Zeynalov küçəsində yerləşən binanın sakinləri ilə görüşüb, onların problemlərini dinləyib.
Görüşlərdə Şirvan şəhər İcra Hakimiyyətinin başçısının müavinləri, şəhər Məşğulluq idarəsi, DSMF, təhsil şöbəsinin rəhbərləri də iştirak ediblər.

Qalereya




Teqlər:  





Xəbər lenti