Azay Quliyev USAİD-in nümayəndəsilə görüşüb

Azay Quliyev USAİD-in nümayəndəsilə görüşüb
  04 Mart 2015    Oxunub:1352
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Avropa və Avrasiya üzrə direktor müavini xanım Suzan Fritz, ABŞ-ın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili cənab Derek Hoqani, səfirliyin siyasi müşaviri Daniel Slaşer və Agentliyin əməkdaşı Robert Lopez ilə görüş keçirilib.

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan vətəndaş cəmiyyəti inistitutları ilə əməkdaşlıqda maraqlı olduğunu bildirən xanım Suzan Fritz, QHT sektorunun vəziyyəti, QHT-lər haqqında qanunvericiliyə edilən əlavə və dəyişikliklər, onların xarici donorların fəaliyyətinə təsiri və digər məsələlər barədə Şura sədrinin fikirlərini öyrənib.

Şura sədri Azay Quliyev QHT-lər haqqında qanunvericiliyə edilən əlavə və dəyişikliklər barədə məlumat verərək bildirib ki, hazırda Nazirlər Kabineti qanunvericiliyə olunan əlavə və dəyişikliklərdən irəli gələn qaydalar üzərində işləyir.

Şura sədri dəyişikliklərin QHT-lərin və donorların fəaliyyətində şəffaflığın və səmərəliliyin təmin olunması məqsədi ilə həyata keçirildiyini və bunlara əməl edən qurumların ölkəmizdə heç bir maneə olmadan fəaliyyət göstərə biləcəyini deyib.


Teqlər:





Xəbər lenti