Azay Quliyev ATƏT-in Büro iclasında

Azay Quliyev ATƏT-in Büro iclasında
  01 Dekabr 2015    Oxunub:1502
Sabah Serbiyanın paytaxtı Belqrad şəhərində ATƏT Parlament Assambleyası Bürosunun iclası keçiriləcək.
AzVision.az-ın məlumatına görə, iclasda Milli Məclisin deputatı Azay Quliyev iştirak edəcək.

Tədbirdə Avropada miqrant və qaçqın böhranı, bununla bağlı ATƏT və ATƏT Parlament Assambleyası tərəfindən görülməsi mümkün olan tədbirlər barədə fikir mübadiləsi aparılacaq.

İclasda həmçinin ATƏT PA-nın Baş katibi də məruzə edəcək, təşkilatın büdcəsi, növbəti illik sessiyaların gündəliyi və iclasların keçirilməsi tarixləri müzakirə olunacaq.

Tədbirdə deputat Azay Quliyevin gündəlikdəki məsələlər barədə çıxışı da nəzərdə tutulub.

AzVision.az


Teqlər:  





Xəbər lenti