Azad Rəhimov vətəndaşlarla görüşəcək

Azad Rəhimov vətəndaşlarla görüşəcək
  20 Noyabr 2014    Oxunub:957
Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov noyabrın 24-də Qəbələdə vətəndaşları qəbul edəcək.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Qəbələ, Balakən, Oğuz, Qax, Şəki, Zaqatala və İsmayıllı rayonlarının sakinlərinin iştirak edəcəkləri qəbul saat 11:00-da Qəbələ Mədəniyyət Mərkəzində (Qəbələ şəh, 28 May küçəsi-40, Heydər Əliyev parkının yanı) keçiriləcək.

Qəbul üçün vətəndaşların qeydiyyatı noyabrın 24-dək, saat 09:00-dan, 18:00-dək aparılacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar Qəbələ (050-399-06-33), Balakən (055-722-12-15; 051-886-55-66), Oğuz (050/070 -394-94-04), Qax (055/077 -365-25-00), Şəki (055-605-00-00), Zaqatala (050-382-78-13), İsmayıllı (055-287-70-10; 050-453-22-33) rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

AzVision.az


Teqlər:





Xəbər lenti