AzVision.az mükafata layiq görüldü

AzVision.az mükafata layiq görüldü
  30 İyun 2016    Oxunub:5507
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) AzVision.az saytını diplom və xatirə hədiyyəsi ilə mükafatlandırıb.

Mükafatlar agentliyin Bakıda ilk dəfə keçirilmiş Formula 1 üzrə Avropa Qran Prisindəki məhsuldar fəaliyyəti ilə əlaqədar təqdim olunub.

Gənclər və idman naziri Azad Rəhimovun imzaladığı diplomda AzVision.az-ın Avropa Qran-Prisi barədə ictimaiyyət arasında məlumatlılığın artırılmasında və yarışla əlaqədar görülən işlərin davamlı şəkildə yüksək səviyyədə işıqlandırılmasında böyük xidmət göstərdiyi vurğulanıb.

Qeyd edək ki, AzVision.az saytı Azərbaycanda ilk dəfə keçirilmiş Qran Priyə hazırlıq, Bakı Şəhər Halqası və yürüş iştirakçıları barədə foto və reportajlar, müsahibələr, 17-19 iyunda keçirilmiş yarışdan operativ və dolğun xəbərləri ictimaiyyətə çatdırıb.





Teqlər:  





Xəbər lenti