AzVision.az-ın əməkdaşları Nardaranda döyüldü

AzVision.az-ın əməkdaşları Nardaranda döyüldü
  26 Noyabr 2015    Oxunub:8489
Nardaranda baş verən hadisələri işıqlandıran jurnalistlərə yerli sakinlər tərəfindən hücum edilib.

Daş-dəyənəklə silahlanan naradanlıların hücumu zamanı AzVision.az-ın fotoqrafı Elvin Abdulla xəsarət alıb.

Etirazçılar tərəfindən vəhşicəsinə döyülən əməkdaşımızın fotoaparatı əlindən alınaraq sındırılıb.

Müxbirimiz Hafiz Əhmədov da sakinlər tərəfindən təzyiqlərə məruz qalıb. Onun sözlərinə görə, Nardaran sakinləri jurnalistləri təhqir edir, onların fəaliyyətinə imkan vermir.

AzVision.az



Teqlər:  





Xəbər lenti