AzVision-un materialı ANS-in efirində - VİDEO

AzVision-un materialı ANS-in efirində - VİDEO
  22 Oktyabr 2014    Oxunub:8874
Saytımızda dərc olunan “Bakıda “bomj”luq edən Avropa çempionu başlıqlı yazı sosial şəbəkələrdə, ictimaiyyət arasında böyük əks-səda doğurub. Material bir gündə saytda 20.000 dəfədən çox oxunub, AzVision-un youtube kanalında onun videosuna 20.000 dəfədən çox baxılıb.

Ölkədəki əksər media orqanları – saytlar və hətta televiziyalar da onu yayımlayıblar. ANS TV-də dünən efirə gedən “Adam içində” verilişində də material ciddi müzakirə mövzusu olub.

AzVision.az bizim materialımıza göstərdikləri diqqətə görə bütün həmkarlarımıza minnətdarlığını bildirir.

Bu yazını qələmə almaqda niyətimiz sırf xəbər hazırlamaq, yaxud sensasiya yaratmaq deyil, küçədə kimsəsiz yaşayan bir insana kömək etmək, onu düşdüyü uçurumdan xilas etmək idi. Ümid edirik ki, mövzuya göstərilən bu diqqət materialıda haqqında söz açılan Rövşən Kazımovun həyatının müsbətə doğru dəyişməsinə də səbəb olacaq.

AzVision.az




Teqlər:  





Xəbər lenti