Ayxan Tağızadə özünə maşın aldı - FOTO

Ayxan Tağızadə özünə maşın aldı - FOTO
  06 İyul 2015    Oxunub:17666
I Avropa Oyunlarında Azərbaycana qızıl medal qazandıran Ayxan Tağızadə özünə yeni avtomobil alıb.
AzVision.az xəbər verir ki, o, bu barədə özünün `İntagram` səhifəsində məlumat verib.

Taekvondo üzrə kişilər arasında 68 kiloqram çəkidə qızıl medal qazanan Ayxan aldığı “Dodge” markalı maşının fotosunu paylaşıb və “Min şükür Allah”,-deyə qeyd edib.

Ayxan Tağızadə AzVision.az-a açıqlamasında yeni maşın aldığını təsdiqləyib.

Aldığı maşının qiymətini açıqlamayan idmançı avtomobil sürməyə həvəsinin olduğunu deyib.

Əldə etdiyimiz məlumata görə, A.Tağızadənin yen avtomobili 61 min manat dəyərindədir.

Xatırladaq ki, ölkə başçısının sərəncamına əsasən I yer tutmuş hər bir idmançıya 150 min manat (Prezidentin sərəncamı ilə 100 min + MOK tərəfindən 50 min) pul verilib.



Gültəkin ƏLƏSGƏR


Teqlər:  





Xəbər lenti