Ayın 27-dək yağış və qar yağacaq - Xəbərdarlıq
Oktyabrın 25-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı proqnozlaşdırılır. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-11° isti, Bakıda gecə 7-9° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi normadan artıq, 773 mm civə sütunu, nisbi rütubət 85-95% təşkil edəcək.
Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 9-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti olacaq.
AzVision.az