Aydın Mirzəzadə Mübariz Qurbanlını təbrik etdi

Aydın Mirzəzadə Mübariz Qurbanlını təbrik etdi
  21 İyul 2014    Oxunub:1040
Milli Məclisin deputatı Aydın Mirzəzadə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlını Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi münasibətilə təbrik edib.
AzVision.az xəbər verir ki, millət vəkili bu xəbərə sevindiyini bildirib: “Zəng edib özünü də şəxsən təbrik etdim.

Mübariz müəllim bu vəzifəyə layiq insanıdr. O bütün həyatı boyu zəhmətkeşliyi, ciddi elmi hazırlığı, müsbət insani xüsusiyyətləri ilə cəmiyyətdə özünə böyük hörmət qazanıb. Həm partiyada, həm parlamentdə fəaliyyəti prinsipiallığı, məsuliyyəti ilə seçilib.
Onun təyinatı Prezident cənab İlham Əliyevin hazırlıqlı və nüfuzlu ziyalılara həmişə yüksək dəyər verdiyinin bir daha təsdiqidir.

Mübariz müəllim Qurbanlının hörmətli cənab prezidentin yüksək etimadını doğruldacağına inanır və ona gələcək fəaliyyətində uğurlar arzu edirəm”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti