Aydın Əliyev vətəndaşlarla görüşəcək

Aydın Əliyev vətəndaşlarla görüşəcək
  17 Aprel 2015    Oxunub:1523
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev aprelin 24-də saat 11-də Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində (20 Yanvar küçəsi, 148) bu bölgədən olan vətəndaşları qəbul edəcək.
Komitədən AzVision.az-a bildiriblər ki, qəbul zamanı Mingəçevir, Şəki, Yevlax, Ağdaş rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar aprelin 23-ü saat 11-dək “192” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Yevlax Gömrük İdarəsi (əlaqə telefonu: (022) 336-44-24) ilə əlaqə saxlaya bilərlər.

AzVision.az


Teqlər:





Xəbər lenti