Aydın Əliyev vətəndaşlarla görüşəcək

Aydın Əliyev vətəndaşlarla görüşəcək
  22 İyul 2014    Oxunub:742
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev iyulun 25-də saat 11:00-da Zaqatala şəhərindəki 2 saylı orta məktəbdə (Heydər Əliyev prospekti 65) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

DGK-dan AzVision.az-a verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən rayonların - Zaqatala, Balakən, Qax rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti