Aydın Abbasovdan biznesi ilə bağlı AÇIQLAMA
Eyni zamanda deputat Gəncədə fəaliyyət göstərən bir sıra iş adamlarına “krışalıq” edib. Aydın Abbasov əlavə edib ki, qəzetdə yazılanları oxumayıb: "Müxalifət qəzeti barəmizdə nə yazmalıdır ki? Bizi tərifləyəsi deyil ki?" "Sizin Gəncədə biznesiniz varmı" sualına millət vəkili belə cavab verdi: "mən cəfəngiyat məlumatları şərh etmirəm". Abbas Abbasovun oğlu məhkəməyə müraciət etmək istəmədiyini də bildirdi: "Yeni Müsavat" müxalifət mətbuatı da olsa, milli mətbuatımızın bir nümunəsidir. Qəzeti, jurnalisti məhkəməyə vermək istəmirəm. Mənə elə gəlir ki, onlar tirajlarını artırmaq, daha çox oxunmaq üçün Abbas Abbasovdan və məndən yazırlar".