Avtovağzaldan ötən il 4 milyona yaxın sərnişin daşınıb

Avtovağzaldan ötən il 4 milyona yaxın sərnişin daşınıb
  11 Yanvar 2017    Oxunub:1391
2016-cı il ərzində Bakı Beynəlxalq Avtovağzalından 129 252 reyslə 3 milyon 234 233 sərnişin daşınıb.
Bu barədə AzVision.az-a Bakı Beynəlxalq Avtovağzalından məlumat verilib.

Qeyd edilib ki, ötən il 122046 reyslə 3 milyon 17 036 şəhərlərarası sərnişindaşınması, 7206 reyslə isə 217 197 beynəlxalq sərnişindaşınması həyata keçirilib.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti