Avtomobillə vurulan iki piyada öldü

Avtomobillə vurulan iki piyada öldü
  01 Avqust 2015    Oxunub:2079
Gəncədə Kəlbəcər sakinini maşın vurub.
AzVision.az - ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə iyulun 31-də saat 08 radələrində Gəncənin Nizami rayonunun Gülüstan qəsəbəsində baş verib. Şəhər sakini Elnur Əsədov idarə etdiyi "QAZ-270500" markalı avtomobillə yolu keçən Kəlbəcər rayon sakini Nazim Hümmətovu vurub.

Nəticədə piyada hadisə yerində ölüb. Faktla bağlı Gəncə Rayon Polis İdarəsi araşdırma aparır.

Anoloji hadisə iyulun 31-də saat 07 radələrində Bakının Suraxanı rayonu ərazisində də baş verib. Belə ki, Bakı şəhər sakini Zahid Fərzəliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Xatirə Məcnunovanı vurub.

Nəticədə piyada hadisə yerində ölüb. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.


Teqlər:





Xəbər lenti