Avtomobillə 8 yaşlı qızı öldürən tutuldu

Avtomobillə 8 yaşlı qızı öldürən tutuldu
  23 Avqust 2016    Oxunub:1756
Avqustun 21-də saat 23 radələrində Qax rayonu, Əmircan kənd sakini Mehman Muxtarov idarə etdiyi “VAZ-2107” markalı 34 BD 580 dövlət qeydiyyat nişanlı avtomobillə Qax şəhəri, M.F.Axundov küçəsində hərəkətdə olarkən yolu keçmək istəyən 2008-ci il təvəllüdlü Banuçiçək Fətəlizadəni vurmuş, nəticədə sonuncu aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.
Qax rayon prokurorluğundan AzVision.az-a verilən məlumata görə, faktla bağlı Qax rayon Polis Şöbəsinin İstintaq Qrupunda Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

M.Muxtarov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunmuş və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti