Avtobusdan həşiş qatranı tapıldı

Avtobusdan həşiş qatranı tapıldı
  31 Mart 2015    Oxunub:1927
Avtobusda həşiş qatranı aşkar olunub.
Dövlət Gömrük Komitəsindən AzVision.az-a verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran vətəndaşları - sürücü Paşayi Məhəmməd Bağır Xəlil oğlu və onun köməkçisi Radfar Farbud Cəmşid oğlunun idarə etdikləri “Scania” markalı sərnişin avtobusuna kinoloji xidmət iti tətbiq edilməklə gömrük nəzarəti keçirilib.

Yoxlama zamanı avtobusun salonunda ümumi xalis çəkisi 0,83 qram olan narkotik vasitə - həşiş qatranı aşkar olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti