Avtobus sahiblərinə yeni tələblər qoyulub

Avtobus sahiblərinə yeni tələblər qoyulub
  16 Aprel 2014    Oxunub:1435
Bakıda vətəndaşlara göstərilən xidmətin günün tələbinə uyğun olaraq yüksəldilməsi məqsədi ilə avtobus sahiblərinə qarşı avtobus parklarının yenilənməsinə dair bir sıra şərtlər irəli sürülüb.
Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) Daşımaların tənzimlənməsi şöbəsinin müdiri Malik Əliyev Trend-ə bildirib ki, Bakıda vətəndaşlara göstərilən xidmətin günün tələbinə uyğun olaraq yüksəldilməsi ilə əlaqədar avtobus daşıyıcıları ilə bir sıra görüşlər keçirilib, onlara qarşı avtobus parklarının yenilənməsinə dair bir sıra şərtlər irəli sürülüb:

- Kimin avtobusları günün tələblərinə cavab vermirsə və istismar müddəti başa çatıbsa, onlar avtobusların yenilənməsi ilə bağlı araşdırmalar aparmalı, biznes planlarını qurmalıdırlar. Onlar haradan nə alacaqlarını düşünməli, bizimlə isə onların texniki parametrlərini razılaşdırmalıdırlar.

M.Əliyev həmçinin qeyd edib ki, yaxın vaxtlarla paytaxtda avtobuslarda nağdsız ödənişsiz sisteminin (kart sistemi) tətbiqi ilə əlaqədar irəliləyişlər gözlənilir: "Hazırda 778 avtobusda bu avadanlıqlar quraşdırılıb. Yaxın zamanlarda bu aparatların bütün avtobuslarda quraşdırılması nəzərdə tutulur. Daşıyıcılarla görüşlərdə də həmin avadanlıqların alınması və quraşdırılmasında hər hansı problemlə qarşılaşmamaq üçün onlara tövsiyə edirik ki, sifariş verdikləri avtobuslarda artıq həmin avadanlıqlar zavod şəraitində quraşdırılmış şəkildə olsun".

Bundan əlavə, daşıyıcılara sağlamlıq qabiliyyəti məhdud olan insanların, əlillərin minib-düşməsinə imkan verən xüsusi qurğular quraşdırılmış avtobusların gətirilməsi tapşırılıb: "Qeyd edim ki, "London taksiləri"ndə həmin avadanlıqlar var. Lazım gələndə həmin avadanlıq nəqliyyat vasitəsinə taxılır və vətəndaş əlil arabası ilə birgə rahat şəkildə avtomobilə minib-düşə bilir. Bu texniki imkanların gələcəkdə alınacaq avtobuslarda da olması məsələsi ortaya qoyulub".



Teqlər:





Xəbər lenti