Avstraliyadan ermənilərə “soyqırım” zərbəsi

Avstraliyadan ermənilərə “soyqırım” zərbəsi
  30 Mart 2015    Oxunub:1919
Avstraliya hökuməti “erməni soyqırım”ının 100 illiyi ilə əlaqədar olaraq Yerevanda keçiriləcək tədbirlərə nümayəndə heyəti göndərməyəcək.
AzVision.az-ın erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Avstraliyanın Xarici İşlər və Ticarət Nazirliyi məlumat yayıb.

Nazirlik bu qərarı şərh etməkdən imtina edib. Avstraliya XİN-i jurnalistlərin Ermənistanın bu ölkəni rəsmi olaraq mərasimə dəvət edib-etməməsi barədə sualını cavablandırmayıb.

Qeyd edək ki, daha əvvəl İsrail nümayəndə heyətinin də “erməni soyqırımı”nın 100 illiyi ilə əlaqədar tədbirlərə qatılmayacağı açıqlanmışdı.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti