Avroparlamentin yeni sədri kimdir? - DOSYE

Avroparlamentin yeni sədri kimdir? - DOSYE
  18 Yanvar 2017    Oxunub:4110
Avropa Parlamentinin (AP) yeni sədri məlum olub. Strasburqda keçirilən səsvermə nəticəsində AP-nin yeni sədri vəzifəsinə Avropa Xalq Partiyasının nümayəndəsi, 63 yaşlı italiyalı Antonio Tayani seçilib.

Antonio Tayani 4 avqust 1953-cü ildə Romada anadan olub. İtaliyanın tanınmış siyasətçilərindən hesab olunur. O, 2008-2010-cu illərdə nəqliyyat üzrə Avropa komissarı və 2010-cu ilin fevralın 9-dan 2014-cü ilin oktyabrına qədər sənaye və sahibkarlıq üzrə Avropa komissarı kimi fəaliyyət göstərib.

Antonio Tayani, həmçinin Avropa Komissiyasının sədr müavini vəzifəsini icra edib. O, Roma Sapienza Universitetinin hüquq fakültəsini bitirib. İndiyədək KİV-lərlə də əməkdaşlıq edib.



1994-cü ildə Avropa parlamentinin deputatı seçilib. “İrəli İtaliya” fraksiyasının Avropa Parlamentindəki fraksiyasının rəhbəri olub. 2008-ci ildə Franko Frattini İtaliyanın xarici işlər naziri təyin olduğundan o, bu ölkənin Avropa Komissiyasındakı təmsilçisi olub. 2008-ci ildə onun nəqliyyat üzrə Avropa komissarı təyin olunması üçün keçirilən səsvermədə Avropa Parlamentinin 507 deputatı lehinə, 53 nəfər isə əleyhinə səs verib.

2010-cu ildə Avropa Parlamentinin sənaye və sahibkarlıq üzrə Avropa komissarı seçilib, həmçinin komissiyanın vitse-prezidenti vəzifəsini həyata keçirib.

2014-cü ilin “İrəli İtaliya” partiyasının icraçı komitəsinin üzvüdür.

Avropalı ekspertlər hesab edirlər ki, Antonio Tayani Avropa Parlamentinin keçmiş rəhbəri Martin Şultsdan fərqli siyasət nümayiş etdirəcək.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti