Avropadan Ukraynaya 500 milyon yardım

Avropadan Ukraynaya 500 milyon  yardım
  28 Noyabr 2014    Oxunub:1651
Avropa qonşuluq və genişlənmə siyasət üzrə Avrokomissar Yohannes Han Kiyevdə keçirilən mətbuat konfransında bəyan edib ki, yaxın vaxtlarda Ukrayna Avropa İttifaqı (Aİ) ölkələrindən 500 milyon avro maliyyə köməyi alacaq.
Bu barədə AzVision.az “UNİAN”-a istinadən xəbər verir.

Vəsaitlər daha əvvəl Aİ tərəfindən daha əvvəl razılaşdırılan maliyyə köməyi proqramı çərçivəsində ayrılır. Ümumilikdə Ukraynaya 1,7 milyard avro yardımın ayrılması barədə qərar qəbul edilib.

Bundan əlavə, Aİ Ukraynada hakimiyyətin desentralizasiyası və regional islahatlar siyasətinin həyata keçirilməsi üçün 55 milyon avro ayıracaq.

“Qızıl Xaç” 2015-ci ildə Ukraynaya humanitar yardım üçün 46 milyon dollar ayırmaq niyyətindədir.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti