Avropadan Rusiyaya qarşı yeni sanksiyalar

Avropadan Rusiyaya qarşı yeni sanksiyalar
  02 Sentyabr 2014    Oxunub:2114
Avropa Komissiyası Avropa İttifaqına Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi təklif edib.
Bu barədə AzVision.az “Reuters”-ə istinadən xəbər verir.

Təklif olunan sanksiyalarda ikili təyinata malik məhsulların ixracının məhdudlaşdırılması və Rusiya şirkətlərinin xarici kapital bazarına çıxışının sərtləşdirilməsi nəzərdə tutulub.

Bundan əlavə, bəzi Avropa ölkələri Rusiya müdafiə naziri Sergey Şoyqunun Avropa ittifaqı ölkələrinə səfəri qadağan edilən şəxslərin siyahısına daxil edilməsini istəyib. Komissiya Rusiyanın idman və mədəni tədbirlərdə iştirakını da məhdudlaşdırmaq istəyir.

Sanksiyaların həftəsonuna qədər təsdiqlənəcəyi gözlənilir.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti