Avropadan Rusiyaya növbəti zərbə

Avropadan Rusiyaya növbəti zərbə
  30 Yanvar 2015    Oxunub:2120
Avropa İttifaqı (Aİ) xarici işlər nazirləri şurası Rusiyaya qarşı tətbiq edilən sanksiyaların bu ilin sentyabr ayına qədər artırılmasına dair razılığa gəlib.
AzVision.az-ın məlumatına görə, bu barədə Brüsseldə keçirilən mətbuat konfransında Avropa İttifaqı diplomatiyasının rəhbəri Federika Moqerini bildirib.

Bu barədə yekun qərar Aİ-nin Xarici işlər üzrə Şurasının fevralın 9-da qəbul olunacaq.

Bundan əlavə Moqerini Ukraynanın şərqində döyüşlərin dayandırılması üçün Avropa İttifaqının Rusiyaya maksimum təzyiq göstərəcəyini vurğulayıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti