Avropadan İlham Əliyevə dəstək....

Avropadan İlham Əliyevə dəstək....
  22 Oktyabr 2014    Oxunub:1798
Prezident İlham Əliyevin 84 nəfərin azadlığa buraxılması ilə bağlı imzaladığı əfv fərmanı Avropa dairələrində yüksək qiymətləndirilib.

Avropa İttifaqının Ali Nümayəndəsi, vitse-prezident Ketrin Eşton və Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə Komissar Ştefan Füle Azərbaycan Prezidentinin fərmanı ilə bağlı bəyənat yayıblar. Bəyanatda ölkə başçısının bu addığı müsbət qiymətləndirilib.

`Biz Azərbaycanın Prezidenti İlham Əliyev tərəfindən 17 oktyabr tarixində imzalanmış və təxminən 80 məhbus, o cümlədən ən azı dörd vətəndaş cəmiyyəti fəalının azad olması ilə nəticələnmiş əfv fərmanını alqışlayırıq.

Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələr bizim üçün vacibdir. Bu əlaqələrdən hər iki tərəfin faydalanması üçün böyük potensial mövcuddur. Biz Azərbaycanın ölkə üçün stabil, təhlükəsiz və firavan gələcək istəyini bölüşür və inanırıq ki, Azərbaycanın Avropa Şurasının üzvü və hazırkı sədri kimi beynəlxalq öhdəliklərinə uyğun olan açıq və geniş milli dialoq bu məqsədə çatmağın ən yaxşı yoludur`-deyə bəyanatda bildirilib.

Millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadə Avropa İttifaqının prezidentin əfv fərmanı ilə bağlı mövqeyinin düzgün olduğunu deyib.

AzVision.az-a açıqlamasında deputat qeyd edib ki, Avropa İtttifaqının prezidentin əfv fərmanı ilə bağlı münasibəti olduqca düzgündür və obyektiv yanaşmadır.

“Ketrin Eşton ağıllı insandır. O hər şeyi dəqiq ölçüb-biçə bilir. Belə humanist addımı necə müsbət dəyərləndirməmək olar? Gözləyirəm ki, digər beynəlxlaq təşkilatlar da bu məsələ ilə bağlı öz müsbət fikirlərini bildirəcəklər. Bu, həmişə belə olub. Təəssüf ki, bəziləri bu əfv fərmanının humanist addım olduğuna önəm verməkdənsə, ayrı-ayrı adamların adının siyahıda olmaması ilə bağlı kölgə salmağa çalışırlar”.

Hüquq müdafiəçisi hesab edir ki, digər beynəlxlaq təşkilatlar da tezliklə əfv sərəncamı ilə bağlı öz müsbət fikirlərini bildirəcəklər:

“Biz də Azərbaycan hüquq müdafiəçilərinin böyük əksəriyyəti bu addımı alqışlayırıq”.

Milli Məclisin deputatı Musa Qasımlı Ketrin Eştonun şərhini Aropanın İlham Əliyevə etimadı kimi qyimətləndirib:

“Avropa qurumlarının bu məsələyə diqqət yetirməsi bir daha göstərir ki, onlar Azərbaycan hakimiyyətinə, cənab prezidentə etimad bəsləyir, atdığı addımları təqdir edirlər”.

Parlamentari vurğulayıb ki, əfv fərmanına düşən şəxslər cənab prezidentin onlara bəslədiyi humanist münasibətdən ibrət dərsi alacaq və cəmiyyətdə özlərinə layiq yeri tutacaqlar.

Qeyd edək ki, Prezident İlham Əliyevin oktyabrın 17-də imzaladığı əfv fərmanı ilə 84 nəfər şəxs azadlığa buraxılıb. Onların arasında 3 keçmiş NİDA üzvü və hüquq müdafiəçisi də var.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti