Avropa məhkəməsindən Azərbaycanla bağlı 11 qərar

Avropa məhkəməsindən Azərbaycanla bağlı 11 qərar
  30 Yanvar 2015    Oxunub:1812
2014-cü ildə Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı 11 qərar qəbul edib.
AzVision.az xəbər verir ki, bu barədə AİHM-ın “2014-cü il ərzində fəaliyyətin icmalı” illik hesabatında bildirilir.

İcmalda yer alan məlumata əsasən, ötən il ərzində AİHM-ə Azərbaycan üzrə 403 ərizə təqdim olunub. Onların 245-i qəbul olunmayıb, 11-i üzrə isə qərar çıxarılıb.
2014-cü ildə 117 iş Azərbaycan hökuməti ilə kommunikasiya mərhələsində olub.
Azərbaycan Avropa İnsan Haqları Konvensiyasına 2011-ci ilin yanvarında qoşulub.
İlk iş 2006-cı ildə qəbul olunub. 31 dekabr 2014-cü il tarixinə olan məlumata görə, bütün dövrlər ərzində Azərbaycandan AİHM-ə 1,404 ərizə daxil olub.

Bu gün Strasburqda AİHM sədri Din Şpilman tərəfindən təqdim olunmuş 2014-cü ildə məhkəmə fəaliyyətinə dair hesabata əsasən, ötən ilin sonuna kimi ümumilikdə 69,900 iş məhkəmə baxışında olub ki, bu da 2013-cü ilin sonu ilə müqayisədə 30% azdır. 2014-cü ildə daha çox Ukrayna (19,5%), İtaliya (14,4%), Rusiya (14,3%) və Türkiyədən (13,6%) olan işlərə baxılıb.


Teqlər:  





Xəbər lenti