Avropa çempionatının ilk 1/4 finalçısı məlum oldu - VİDEO

Avropa çempionatının ilk 1/4 finalçısı məlum oldu - VİDEO
  26 İyun 2016    Oxunub:2350
Fransada keçirilən futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsinin ilk oyununda Polşa və İsveçrə milliləri qarşılaşıb.
AzVision.az xəbər verir ki, birinci hissədə polşalı Blaşikovskinin vurduğu topa isveçrəlilər oyunun əsas vaxtının bitməsinə 8 dəqiqə qalmış Şakirinin qolu ilə cavab veriblər — 1:1.

Əlavə vaxtda qapılara top vurulmayıb. Penaltilər seriyasında daha dəqiq olan Polşa yığma komandası 5:4 hesabı ilə qalib gələrək, 1/4 final mərhələsinə vəsiqə qazanmış ilk komanda olub.

Polşalıların rəqibi Xorvatiya — Portuqaliya oyununda müəyyən ediləcək.



AzVision.az


Teqlər:  





Xəbər lenti