Avropa Azərbaycana 600 milyon avro yardım edib

Avropa Azərbaycana 600 milyon avro yardım edib
  14 Fevral 2017    Oxunub:2325
“Azərbaycan Tvinninq layihələri üzrə regionda liderdir”
AzVision.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin Sevinc Həsənova “Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” adlı yeni Tvinninq layihəsinin açılış mərasimində deyib. Nazir müavini bildirib ki, islahatların davam etdirilməsinə Avropa ittifaqının verdiyi dəstək uğurlu olacaq.

“Dövlətin çevik, şəffaf orqanizmə çevrilməsi üçün belə layihələr vacibdir. İqtisadiyyat Nazirliyi olaraq insan kapitalının inkişafına dəstək verən layihələri dəstəkləyirik. Ümumiyyətlə, Azərbaycana xarici invesitiyaların 45 faizdən çoxu Avropa İttifaqından gəlir. Qeyri-neft sektorun bu pay 35 faizdir. Ölkəmizin xarici ticarət dövriyyəsində Avropa İttifaqı ölkələri liderliyini qoruyub və bu göstərici 35 faiz olub. İxrac məhsulumuzun bazarı Avropa İttifaqı ölkələrdir. İqtisadi əməkdaşlıq digər sahələrdə, xüsusilə müxtəlif sahələrdə potensialın inkişaf etdirilməsi istiqamətində əməkdaşlıqda da özünü büruzə verir. 1992-ci ildən bəri yardım layihələri çərçivəsində Avropadan Azərbaycana 600 milyon avroya qədər yardım göstərilib”.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti