Avroliqada qrupdan çıxanlar məlum oldu

Avroliqada qrupdan çıxanlar məlum oldu
  09 Dekabr 2016    Oxunub:2111
UEFA Avropa Liqasında qrup mərhələsinin oyunları yekunlaşıb

AzVision.az-ın məlumatına görə, son turun oyunlardan sonra bütün 1/16 finalçılar bəlli olub.

“Fənərbağça” (Türkiyə), “Mançester Yunayted” (İngiltərə), “Apoel” (Kipr), “Olimpiakos” (Yunanıstan), “Anderlext” (Belçika), “Sent-Etyen” (Fransa), “Zenit” (Rusiya), AZ (Hollandiya), “Roma” (İtaliya), “Astra” (Rumıniya), “Atletik Bilbao” (İspaniya), “Genk” (Belçika), “Ayaks” (Hollandiya), “Selta” (İspaniya), “Şaxtyor” (Donetsk, Ukrayna), “Gent” (Belçika), “Şalke” (Almaniya), “Krasnodar” (Rusiya), “Fiorentina” (İtaliya), PAOK (Yunanıstan), “Sparta” (Çexiya), “Hapoel” (İsrail), “Osmanlıspor” (Türkiyə), “Vilyarreal” (İspaniya) komandaları Avropa Liqasında pley-off mərhələsinə vəsiqə qazanıblar.

Bu komandalardan başqa Çempionlar Liqasında qrup üçüncüsü olan 8 komanda - "Beşiktaş", "Tottenhem", "Borussiya" (Münhenqladbax), "Lion", "Rostov", "Ludoqorets", "Legiya" və "Kopenhagen" də Avroliqanın 1/16 finalında mübarizə aparacaq.

Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin püşkatması dekabrın 12-də İsveçrənin Nyon şəhərində keçiriləcək.

Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti