Avroliqa oyunlarının nəticələri

Avroliqa oyunlarının nəticələri
  17 Fevral 2017    Oxunub:3959
Bu gün futbol üzrə UEFA Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunları keçirilib.

Mərhələyə Rusiyada keçirilən “Krasnodar”-“Fənərbağça” oyunu ilə start verilib. Bakı vaxtı ilə saat 20:00-da başlayan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolunu meydan sahiblərinin futbolçusu Klaesson 4-cü dəqiqədə vurub.

Günün sürpriz nəticələrindən biri Belçikada qeydə alınıb. Yerli “Gent” Londonun “Tottenhem” klubunu minimal hesabla (1:0) məğlub edib.

Digər oyunlar isə aşağıdakı kimi nəticələnib:

“Astra” (Rumıniya) – “Genk” (Belçika) – 2:2

“Alkmaar” (Hollandiya) – “Lion” (Fransa) – 1:4

“Borussiya” (Mönhenqladbax, Almaniya) – “Fiorentina” (İtaliya) – 0:1

“Selta” (İspaniya) – “Şaxtyor” (Ukrayna) – 0:1

“Rostov” (Rusiya) – “Sparta” (Çexiya) - 4:0

“Ludoqorets” (Bolqarıstan) – “Kopenhagen” (Danimarka) – 1:2

“Olimpiakos” (Yunanıstan) – “Osmanlıspor” (Türkiyə) – 0:0

AzVision.az


Teqlər:





Xəbər lenti