Rəis dünyasını dəyişdi

Rəis dünyasını dəyişdi
  01 Dekabr 2015    Oxunub:3218
Dünən gecə Balakən Aviasiya Mərkəzinin rəisi polkovnik-leytenant Məhyəddin Süleymanov dünyasını dəyişib.
M.Süleymanov təzyiqdən əziyyət çəkirmiş. Peşəkər zabit, hərbi pilot Süleymanovun Azərbaycan Silahlı Qüvvələrində paraşütçuların hazırlanmasında müstəsna xidməti və rolu olub.

1984-cü ildə Saratov Təyyarəçilk Məktəbini bitirən Məhyəddin Süleymanov 1988-ci ildən Balakən Aviasiya Mərkəzində çalışıb. 9 min 238 saat uçuş keçirən Süleymanov aviasiya mərkəzinin əsas pilotu da özü olub.

Süleymanov Şəkinin Dəhnə kəndində doğulub. Polkovnik-leytenantın dörd övladı var idi.

Allah rəhmət eləsin. (Ans)


Teqlər:  





Xəbər lenti