Atəşkəs 31 dəfə pozuldu - Rəsmi

Atəşkəs 31 dəfə pozuldu - Rəsmi
  31 Oktyabr 2014    Oxunub:1067
Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 31 dəfə pozulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, erməni silahlı bölmələri Ermənistan Respublikasının Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Ağdam rayonunun Şuraabad, Novruzlu, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Horadiz, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.


Teqlər:





Xəbər lenti