Atəşkəs 26 dəfə pozuldu

Atəşkəs 26 dəfə pozuldu
  28 May 2016    Oxunub:1011
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini ümumilikdə 26 dəfə pozub.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Ermənistanın Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun Yarımca, Çiləbürt, Ağdam rayonunun Şuraabad, Yusifcanlı, Nəmirli, Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

AzVision.az


Teqlər:





Xəbər lenti