Ateist yazıçını parçaladılar

Ateist yazıçını parçaladılar
  27 Fevral 2015    Oxunub:2233
Ateist yazçını parçalayaraq qətlə yetiriblər.
AzVision.az-ın məlumatına görə, hadisə Banqladeşin paytaxtı Dəkkə şəhərində törədilib.

Belə ki, ABŞ vətəndaşı yazıçı Avijit Roy öz həyat yoldaşı ilə birlikdə səfər etdiyi Dəkkə şəhərində hücuma məruz qalıb.

Hadisə zamanı yazıçı A. Royun öldürüldüyü, həyat yoldaşının ağır yaralanladığı bildirilir.

Ölkə hüquqmühafizə orqanlarının yaydığı məlumatda qeyd olunub ki, ateist olduğuna görə hücuma məruz qalan yazıçının qatilləri artıq həbs ediliblər.

Qeyd edək ki, bu hadisədən öncə də A. Roy ateist yazılarına görə bir neçə dəfə təqibə və hücumlara məruz qalıb.


Teqlər:





Xəbər lenti