Atası Şahin Mirzəyevdən imtina etdi: `Ona nifrət edirik...` (SƏS YAZISI)

Atası Şahin Mirzəyevdən imtina etdi: `Ona nifrət edirik...` (SƏS YAZISI)
  13 Fevral 2017    Oxunub:109350
Ailəsi Ermənistandan “müvəqqəti sığınacaq” istəyən Talış Mədəniyyət Mərkəzinin İdarə Heyətinin üzvü Şahin Mirzəyevdən imtina edib.

Bu barədə AzVision.az-a Ş.Mirzəyevin atası, 92 yaşlı Sayil Niyaz oğlu Mirzəyev bildirib. O, Şahin Mirzəyevlə uzun müddətdir əlaqə saxlamadığı deyib.

“6 aydan çox olar ki, onunla bütün əlaqələr kəsmişəm. Xəstəlik adı ilə Gürcüstana getdiyini bilirdim. Mən 65 il müəllim işləmişəm, Azərbaycan dövlətinə bağlı insanam. Biz Azərbaycanın çörəyi ilə böyümüşük. Mənim tələbələrim, şagirdlərim, akademiyalarda, universitetlərdə çalışırlar. Biz Azərbaycan dövlətini dəstəkləyir və ölkəmizlə qürur duyuruq.

Mən onun tutduğu yola nifrət edirəm. Bu səbəbdən Şahin Mirzəyevdən imtina etmişəm. Bunu özü də bilir. O, ailəsinə, dövlətinə qarşı nankorluq eləyib. Heç vaxt onu bağışlamayacağam. Biz hamımız azərbaycanlıyıq, ölkəmizdə firavan, heç bir problem olmadan yaşayırıq. Dövlətimizdən narazılığımız yoxdur, ola da bilməz. Mən Azərbaycandakı inkişafı, problemlərin həll edilməsini öz gözlərimlə görürəm. Ölkəmiz inkişaf edir, günü-gündən çiçəklənir”.



Hafiz Əhmədov
AzVision.az



Teqlər:  





Xəbər lenti