Atambayev hökuməti istefaya göndərdi
Buna qədər parlamentin spikeri palataya buraxılma haqqında rəsmi məlumat verib.
İnzibati idarələrinin rəhbərləri, eləcə də baş nazir, hökumət üzvləri, baş nazirin birinci müavini hökumətin yeni tərkibi təyin edilənədək öz vəzifələrin icrasını davam etdirəcəklər.
Bu gün səhər parlamentin iclasında “Qırğızıstan” koalisiyasının lideri Kanat İsayev bildirib ki, oktyabrın 24-də Sosial Demokrat Partiyasının fraksiyasının koalisiyadan çıxması səbəbi ilə koalisiya öz statusunu itirib.
İlkin Nəcəfzadə
AzVision.az