Ata məhbus oğluna toyuğun içində telefon gətirdi

Ata məhbus oğluna toyuğun içində telefon gətirdi
  29 İyul 2014    Oxunub:1181
2 saylı cəzaçəkmə müəssisəsinə telefon keçirmək cəhdinin qarşısı alınıb
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1; 234.4.3 maddələri ilə 11 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum İlqar Oqtay oğlu Quliyevin yanına qısa müddətli görüşə gəlmiş atası Oqtay Bəbəş oğlu Quliyevin gətirdiyi sovqata baxış keçirilib.

Bu zaman iki ədəd toyuğun içərisində gizlədilmiş qara rəngli “Nokia-1280” və “Nokia-C5” markalı işlək vəziyyətdə olan mobil telefon aparatları aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.


Teqlər:





Xəbər lenti