Astarada 5 otaqlı ev yanıb

Astarada 5 otaqlı ev yanıb
  23 Oktyabr 2016    Oxunub:1201
Astarada yanğın hadisəsi qeydə alınıb.
AzVision.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın Astara şəhərində vətəndaşa məxsus ümumi sahəsi 260 m² olan ikimərtəbəli 5 otaqlı evdə baş verib.

Yanğın nəticəsində evin 2-ci mərtəbəsində yerləşən mətbəxdə 1 ədəd paltaryuyan maşın, 1 m² sahədə mətbəx mebeli və aspirator yanıb. Yüksək temperaturdan 1 ədəd qaz sobası deformasiyaya uğrayıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti