Astanada Suriya görüşünün ilk günü başa çatıb

Astanada Suriya görüşünün ilk günü başa çatıb
  24 Yanvar 2017    Oxunub:1680
Qazaxıstanın paytaxtı Astanada Suriya üzrə danışıqların ilk günü başa çatıb.
TASS xəbər verir ki, danışıqlar sabah davam etdiriləcək. Bir qədər əvvəl məlumatlı mənbənin bildirdiyinə görə, Astanada məsləhətləşmələr Suriya hökuməti və müxalifəti arasında əlaqəli şəkildə, BMT baş katibinin xüsusi nümayəndəsi Staffana de Misturanın vasitəçiliyi ilə keçirilib. Danışıqlarda Suriyada atəşkəsin saxlanması mexanizmləri müzakirə olunub.

Danışıqlarda, ümumiyyətlə, yeddi tərəf iştirak edir. Bu sıraya Suriya hökuməti və müxalifətinin təmsilçiləri ilə yanaşı, Rusiya, Türkiyə və İranın nümayəndə heyətləri, həmçinin BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi və ABŞ-ın Qazaxıstandakı səfiri daxildir.

AzVision.az


Teqlər:





Xəbər lenti