Astanada Suriya danışıqlarının ikinci günü başladı

Astanada Suriya danışıqlarının ikinci günü başladı
  24 Yanvar 2017    Oxunub:1483
Qazaxıstanın paytaxtı Astanada Suriya üzrə danışıqların ikinci günü başlayıb.
AzVision.az TASS-a istinadla xəbər verir ki, danışıqlar Suriya hökuməti və müxalifətinin təmsilçiləri, Rusiya, Türkiyə və İranın nümayəndə heyətləri, həmçinin BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi və ABŞ-ın Qazaxıstandakı səfirinin iştirakı ilə davam etdirilir.

Görüş öncəsi BMT baş katibinin xüsusi nümayəndəsi Staffana de Mistura nikbin əhval-ruhiyyədə olduğunu bildirib.

Qeyd edək ki, Astanada Suriya münaqişəsinin nizamlanmasına dair ilk görüş dünən keçirilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti