Arvadı ilə dalaşan kişi 9 nəfəri öldürdü - Dəhşət

Arvadı ilə dalaşan kişi 9 nəfəri öldürdü - Dəhşət
  05 Fevral 2016    Oxunub:13377
Türkiyədə dəhşətli qətl hadisəsi baş verib.
AzVision.az xəbər verir ki, hadisə Qaziantep vilayətində qeydə alınıb.

Yusif Taş adlı gəncdən boşanmaq istəyən arvadı, 19 yaşlı Tuba ilə aralarından yaşanan dava dəhşətli faciəyə səbəb olub.

Dəfələrlə həyatı yoldaşı ilə barışmaq istəyən Yusif sonuncu dəfə sözə yox silaha əl atıb.

Yusif Taş arvadının qaldığı evə odlu silahla hücum edərək Tuba ilə yanaşı, onun 39 yaşlı xalası Şenel Çaxmağ, xalası oğlu 16 yaşlı Əhməd, 23 yaşlı Duran Taşı öldürüb, 2 nəfərə isə xəsarət yetirərək hadisə yerindən qaçıb.

Qətl hadisəsi bununla yekunlaşmayıb. Yusifun axtarışları zamanı onun əmisi Mustafa, arvadı Gülay, uşaqları Türkan, Furkan ve Gülün də cəsədələri aşkar edilib.

Hazırda polis faktla bağlı araşdırma aparır.

İlkin Nəcəfzadə


Teqlər:  





Xəbər lenti