Arif Quliyevin arvadı ağır xəstəliyə yoluxdu

Arif Quliyevin arvadı ağır xəstəliyə yoluxdu
  29 İyul 2016    Oxunub:3071
Xalq artisti Arif Quliyevin həyat yoldaşı xəstəxanaya yerləşdirilib. Bu barədə Kulis.aza aktyor özü məlumat verib.
AzVision.az-ın kulis.az-a istinadən məlumatına görə, o bildirib ki, xanımı Gülzar Quliyeva Hepatit C virusuna yoluxub:

“Yoldaşım hazırda Kliniki Tibbi Mərkəzdə yoluxucu xəstəliklər şöbəsində müalicə alır. Həkimlər vəziyyətinin ağır olduğunu deyirlər.”

Arif Quliyev xanımın müalicəsinin xaricdə davam etdirilməsinin lazım olduğunu deyib:

“Amma bu mənim imkanlarım xaricindədir. Mən iki il qabaq sinir xəstəliyinə tutulanda müalicə xərclərini dövlət öz üzərinə götürmüşdü. Allah hökumətimizdən razı olsun. Mən ata-ana qayğısından uzaq olmuşam. Oğlum Fərid dünyasını dəyişəndən sonra Gülzar üçün yaşayıram. Bircə təsəllim onun varlığıdır. O da belə...”


Teqlər:  





Xəbər lenti