Arif Hacılı deputat olmaq istəyir - Açıqlama

Arif Hacılı deputat olmaq istəyir - Açıqlama
  04 Avqust 2015    Oxunub:4224
Müsavat Partiyasının başqanı Arif Hacılı bu ilin noyabrında keçiriləcək parlament seçkilərində namizəd qismində iştirak edəcək.
Bu barədə AzVision.az-a Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı məlumat verib.

O bildirib ki, partiya başqanın seçkiyə qatılacağı dairə bəlli olsa da hələlik partiya bunu açıqlamır.

Qeyd edək ki, artıq partiya 70-dən çox dairədən namizədini müəyyənləşdirib və digər dairələrdən də namizədlərin müəyyənləşdirilməsi istiqamətində iş gedir.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti