Arif Hacılı da cəbhəçilərə cavab verdi

Arif Hacılı da cəbhəçilərə cavab verdi
  22 Oktyabr 2014    Oxunub:1455
Müsavat Partiyasının başqanı Arif Hacılı Azərbaycan Xalq Cəbhəsi partiyasının sabiq müşaviri Şakir Abbasovun müsahibəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.
AzVision.az xəbər verir ki, Arif Hacılı aznews.az-a açıqlamasında deyib ki, o, Şakir Abbasovu döyüş bölgəsində keçdiyi yoldan və həbsxanadan tanıyır: “Onunla döyüş bölgələrində, hakimiyyətdə, hətta Bayıl həbsxanasında da birgə olduğumuz məqamlar olub. Onun Müsavat üzvləri ilə əvvəllər də yaxşı münasibətləri var idi”.

“Şakir Abbasov Müsavat partiyasının qurultayında iştirak etdiyi üçün AXCP rəhbərliyi tərəfindən danlaq alıb” fikrinə Arif Hacılının cavabı belə olub: “Qurultayda onun və digər Azərbaycan Xalq Cəbhəsi partiyasının üzvlərinin iştirakı təbiidir. Siyasi münasibətlər baxımından normaldır. Bu, qınanmalı bir əməl deyil”.

Qeyd edək ki, AXCP-nin sabiq müşaviri müsahibəsində Müsavat partiyasından dəvət alarsa, onu qəbul edəcəyini vurğulayıb. Və bildirib ki, o, Müsavat partiyasının apardığı xətti və yolu dəstəkləyib, onların işini də yüksək qiymətləndirir.


Teqlər:  





Xəbər lenti