Apreldə hava necə olacaq? - Aylıq proqnoz
Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimalı var.
Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 12-14° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Gecələr 7-12° isti təşkil edəcək. Gündüzlər 12-17° isti, bəzi günlərdə 20-25° isti gözlənilir.
Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 23-33 mm) olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 12-16° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Gecələr 7-12° isti təşkil edəcək. Gündüzlər 13-18° isti, bəzi günlərdə 22-27° isti gözlənilir.
Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına yaxın
(norma 34-59 mm) olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xoçalı həmçinin Xocavənd, Qubadlı, Zəngilan,
Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında orta aylıq temperaturun 7-10° isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 2-7° isti, bəzi günlərdə 0-3° şaxta təşkil edəcək. Gündüzlər 11-16° isti, bəzi günlərdə 22°-dək yüksələcək.
Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına yaxın
(norma 54-83 mm) olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 12-15° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın
və bir qədər yüksəkdir.
Gecələr 7-12° isti təşkil edəcək.
Gündüzlər 13-18° isti, bəzi günlərdə 21-26° isti gözlənilir.
Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına yaxın
(norma 31-54 mm) olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən,
Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 11-14° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Gecələr 6-11° isti, bəzi günlərdə 0-5° şaxta təşkil edəcək.
Gündüzlər 11-16° isti, bəzi günlərdə 19-24° isti gözlənilir.
Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına yaxın
(norma 29-126 mm) olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 13-16° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın
və bir qədər yüksəkdir. Gecələr 7-12° isti təşkil edəcək.
Gündüzlər 13-17° isti, bəzi günlərdə 22-27° isti gözlənilir.
Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına yaxın
(norma 30-49 mm) olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
Temperatur
Orta aylıq 13-15° isti gözlənilir ki, bu da iqlim normasına yaxın
və bir qədər yüksəkdir.
Gecələr 7-12° isti təşkil edəcək.
Gündüzlər 13-18° isti, bəzi günlərdə 21-26° isti gözlənilir.
Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına yaxın
(norma 41-72 mm) olacağı gözlənilir.
AzVision.az