Alper Coşkundan Azərbaycana başsağlığı

Alper Coşkundan Azərbaycana başsağlığı
  26 Yanvar 2015    Oxunub:1858
Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun cəbhə xəttində şəhid olan hərbçilərimizlə əlaqədar başsağlığı verib.
AzVision.az xəbər verir ki, səfir bu barədə twitter səhifəsində yazıb.

`Təmas xəttində şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, ailə və yaxınları başda olmaqla, Azərbaycana başsağlığı verirəm`,-deyə Alper Coşkun qeyd edib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, son günlər işğal olunmuş Dağlıq Qarabağ ərazisində çoxsaylı itkilər verən Ermənistan Silahlı Qüvvələrinin bölmələri cəbhədəki ağır uğursuzluqlar səbəbindən növbəti dəfə daha aqressiv və eybəcər təxribata əl atıblar.

Sayca qat-qat çox olan düşmənlə qeyri-bərabər döyüşdə Silahlı Qüvvələrimizin bölmələri şəxsi şücaət və igidlik göstərib. Düşmən hücumlarının qarşısı alınan zaman 3 hərbi qulluqçumuz şəhid olub, yaralananlar var.

Sevinc



Teqlər:  





Xəbər lenti