Almeyda Avropanın ən yaxşıları siyahısında – FOTO

Almeyda Avropanın ən yaxşıları siyahısında – FOTO
  03 Oktyabr 2015    Oxunub:5122
Avropa Liqasının qrup mərhələsinin ikinci turu oyunlarına əsasən simvolik komanda açıqlanıb.
AzVision.az məlumatına görə, “11-lik” 3-4-3 sxeminə uyğun qurulub.

Simvolik “11-lik” heyətində “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda da yer alıb.



Qeyd edək ki, oktyabrın 1-i Azərbaycanı turnirdə təmsil edən "Qarabağ" doğma meydanda Belçika "Anderlext"i ilə qarşılaşıb. Tofiq Bəhramov adına stadionda keçirilən qarşılaşmada Azərbaycan təmsilçisi rəqibinə 1-0 hesabı ilə qalib gəlib. Oyunda yeganə qolu matçın 36-cı dəqiqəsində “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda vurub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti