22 FEVRAL 2017 4+7 Bakı 0-5 Xankəndi 0+5 Xaçmaz 0+5 Bərdə 4+7 Lənkəran -3+2 Naxçıvan 2+7 Gəncə 4+7 Sumqayıt 0-5 Kəlbəcər 0-5 Laçın 0-5 Qubadlı 0-5 Şuşa 2+7 Ağdam Zəngilan 2+7 Cəbrayıl 2+7 Füzuli 0+5 Şəki

Almaniyanı fəth edən azərbaycanlı - 7 oyuna 8 qol

Tarix 30.03.16, 10:44

Font ölçüsü : - / +


Azərbaycan əsilli gənc futbolçu Renat Dadaşovun möhtəşəm oyunu Almaniya böyük əks-səda doğurub. Son günlər onunla bağlı Almaniya KİV-lərində maraqlı məlumatlar dərc edilir.
.
AzVision.az xəbər verir ki, həmyerlimiz 17 yaşlılar üzrə Almaniya millisinin heyətində meydana çıxdığı yeddi oyunda 8 dəfə fərqlənə bilib.

“Leipzig” komandasının futbolçusu olan həmyerlimiz millinin heyətində sonuncu qolunu Avropa Çempionatının elit turu çərçivəsində Slovakiya millisinə vurub. Oyunda almanlar rəqiblərinə 5:1 hesabı ilə qalib gəliblər.

Qeyd edək ki, 2013-2014-cü illərdə Renat U-16 üzrə Azərbaycan millisinin heyətində oynayıb. Təxminən elə həmin vaxt onun böyük qardaşı Rüfət Dadaşov da Berti Foqtsun dəvəti əsasında Azərbaycan millisinin heyətinə cəlb olunub.

O, hətta Azərbaycan millisinin heyətində dörd dəfə fərqlənə də bilib.

Lakin Foqtsun gedişindən sonra Rüfəti Azərbaycan millisinə dəvət etmədilər, onun balaca qardaşı isə Almaniya millisindən dəvət aldıqdan sonra Azərbaycan millisinin heyətində çıxış etməkdən imtina etdi.

Renatın valideynləri hələ o doğulmamışdan öncə Almaniya köçüb. Renat Rudeshaymda anadan olub, Frankfurtun “Ayntraxt” klubunun gənclərdən ibarət yığmasında çıxış edib. Lakin Renatın bir çox qohumları Azərbaycanda yaşayır. Onlar Renatın bu ilin may ayında Bakıda keçiriləcək U-17 üzrə Avropa Çempionatında çıxış edəcəyini gözləyirlər. Almaniya millisi hazırda bu çempionata qatılmaq üçün mübarizə aparır.

“Nənəm və babam Almaniya millisinin şərfini alıb, mənə dəstək olurlar. Azərbaycandakı Avropa çempionatında oynamaq mənim böyük arzumdur. İdman mənim qanımdadır. Anam həndbol, atam isə su polusu ilə məşğul olub. Valideynlərim mənim üçün əsasdır. Hər həftə sonu onlar 400 kilometr qət edərək mənim oyunuma baxmağa gəlirlər”, - deyə Renat Almaniya KİV-nə müsahibəsi zamanı bildirib.

Renatın kumiri Kriştiano Ronaldudur: “Mənim hələ o səviyyəyə çatmağıma çox var, hələlik hədəfim Bakıdakı çempionatda oynamaq və Almaniya millisinin heyətində titul qazanmaqdır”.

Eldar Tanrıverdiyev
AzVision.az


Xəbərin oxunma sayı : 50914


Bu xəbərə şərh yaz


(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq ifadələr işlətməməli, Azərbaycan qanunlarına zidd çağırışlar etməməlidir. Bu cür şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək)
Adınız:
Əlavə et
Siz 512 hərf daxil edə bilərsiniz


AzVision SMARTFONDA

Neftin qiyməti - AKTUAL


Sorğu

Sizcə, Bakı qışa hazırdırmı?
Hazırdır
Xırda problemlər də düzəlsə, hazırdır
Hazır deyil

  Nəticələr!    İştirak edənlər: 2135

İnfoqrafika

Ötən gün fotolarda

ŞƏRHSİZ

ARXIV TƏQVİMİ

Rubrikanin digər yazıları

Sovet Bakısının `oğru həyatı` - erməni müstəntiqlər, yerli avtoritetlər... 24 yaşlı oğlanı qız üstündə yandırıblar? - Dəhşətli cinayət Erməni tankı belə vuruldu – Video Düşmənin hərbi bazası dağıdıldı – Madagiz əməliyyatı (VİDEO) Ələ keçirilən erməni postundan görüntülər - VİDEO Ermənistanın gizlədilən itkiləri - 26 əsgər itkin düşüb Erməni general özünü güllələdi Almaniyanı fəth edən azərbaycanlı - 7 oyuna 8 qol Bakıda dollar panikası – “Exchange”lər qan ağlayır (Reportaj) Bondun yeni filminin “soundtrack”i – VİDEO Həsən bəy Zərdabi şairdir, yoxsa bəstəkar - VİDEOSORĞU `Sarkisyanla gözəl gecə keçirdik` - Bakıya gələn məşhur aktrisa (FOTO) Yunanıstan defoltun astanasında İlk Avropa Oyunlarının Bağlanışı - VİDEO, FOTOLAR Avropa Oyunlarında ikinci olduq - 56 medal Ötən günün ən yaxşıları - FOTOSESSİYA Almaniya kimləri silahlandırır? - Die Welt `Bakı 2015`in azarkeşləri - FOTOSESSİYA Xəbərdarlıq: Kompüterinizi 5 dəqiqəlik söndürün Almaniya bu gün: hegemon, yoxsa vassal? Millət vəkili: “Rövşən Lənkəranski Bakıya gələndə mənimlə görüşür” Bakıda məscidin yanında partlayış - 2 yaralı “Lamiyə oğluma şər atır, uşaq Elnurdan deyil…” - Şok faktlar İlham Əliyevin mükafatları - SİYAHI `Daha heç nəyi gizlədə bilməyəcəksiniz!` - Prezident məmurları tənqid etdi `Azersun`-un yeni loqosunun mənası nədir? – ŞƏKİL Azərbaycan Universitetinin yeni rektoru kimdir? - FOTO + ARAYIŞ `Media Party`nin model simaları – FOTOSESSİYA Kəlbəcər girovlarından Azərbaycana məktub Fərhad Əliyev Londondan qardaşının dəfninə gəldi - ÖZƏL

XƏBƏR LENTİ